RU

“Real”ın futbolçusu iki aylıq sıradan çıxdı

ain.az, Bizim media portalına istinadən məlumat verir.

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.Bizim.Media xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Trent Aleksandr-Arnold sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.İngiltərəli futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Marsel"lə matçında (2:1) ayaq əzələsindən zədə alıb. 26 yaşlı sağ cinah müdafiəçisi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.Qeyd edək ki, Trent Aleksandr-Arnold mövsümün əvvəlində "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Real"a keçib. İngiltərə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
3
bizim.media

4Источники