RU

Almaniyada kimya zavodunda qəza oldu: 1 ölü, 4 yaralı var

Almaniyanın Saksoniya-Anhalt əyalətinin Amsdorf şəhərindəki Romonta kimya zavodunda qəza baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hadisə səhər tezdən təmir işləri aparılarkən baş verib. Polis zavodda təhlükəli maddənin sızdığını bildirib.

Zavodun iki əməkdaşı xəstəxanada müalicə alır. Digər iki yaralı isə tibb işçiləridir.

Qəzanın səbəbləri araşdırılır. Hadisənin ictimaiyyət üçün heç bir təhlükə yaratmadığı açıqlanıb.

Qeyd edək ki, Romonta ayaqqabı boyası və mum hazırlamaq üçün istifadə edilən mineral mumun dünyada ən böyük istehsalçısıdır.

Избранный
15
publika.az

1Источники