"Real"ın hücumçusu Vinisius Juniorun ətrafındakı heyət futbolçunun vəziyyətindən narahatdır.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, braziliyalı oyunçunun nümayəndələri hesab edir ki, baş məşqçi Xabi Alonso Vinisiusa əvvəlki çalışdırıcı Karlo Ançelotti qədər etimad etmir.
Ançelottinin rəhbərliyi altında Vinisius yalnız yorğunluq və ya fiziki problemlər səbəbindən ehtiyatda qalırdı. Alonso isə oyunçunu taktiki və texniki səbəblərlə də ehtiyatda saxlayır, bu, Çempionlar Liqasının "Marsel"lə matçında da müşahidə olunub.
Mənbə bildirir ki, Alonsonun Vinisiusa etimadsızlığı oyunçunun müqavilə yeniləməsi ilə bağlı danışıqların tıxandığı bir dövrdə ortaya çıxır. Hazırkı müqavilə 2027-ci ilin ortalarına qədər qüvvədədir.