RU

Ekspert: Əl antiseptiklərinin həddindən artıq istifadəsi sağlamlığa zərər verə bilər

Koronavirus pandemiyasından sonra gündəlik vərdişə çevrilən əl antiseptiklərinin tez-tez istifadəsi mütəxəssislərin fikrincə, sağlamlıq üçün ciddi risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, baytarlıq-Sanitar Ekspertiza və Bioloji Təhlükəsizlik Departamentinin rəhbəri Asiyat Abdullaeva Gazeta.Ru-ya bildirib ki, koronavirus pandemiyasından sonra bir çox insanlar antiseptiklərdən istifadə vərdişlərini saxlayıblar, lakin bu məhsulların müntəzəm istifadəsi sağlamlıq üçün təhlükə yarada bilər.

Ekspertin sözlərinə görə, antiseptiklərin tərkibi əsasən spirtlər, ətirlər və müxtəlif əlavə komponentlərdən ibarətdir. Buna görə də onların tez-tez istifadəsi dəri quruluğu, qabıqlanma, dermatit, allergiya və dəri mikrobiomunun pozulmasına səbəb ola bilər.

Abdullaeva əlavə edib ki, antiseptiklərin düzgün tətbiq olunmaması bakteriyaların davamlılıq qazanmasına şərait yaradır:

“Alkoqol əsaslı antiseptiklər dəfələrlə istifadə edildikdə dəriyə ziyan vurur, mikro çatlar və yaralar yaradır. Bu boşluqlardan mikroblar, o cümlədən təhlükəli yoluxucu xəstəliklərin törədiciləri daxil ola bilər. Əslində isə əllərin sadəcə sabun və su ilə yuyulması daha effektiv və təhlükəsizdir”.

Mütəxəssis həmçinin qeyd edib ki, antiseptiklər dəriyə yapışan kirləri təmizləmir. Onlara tam etibar etmək infeksiya riskini artırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
29
e-saglam.az

1Источники