RU

Tramp və Aİ arasında Rusiya əleyhinə sanksiyalar məsələsində fikir ayrılığı yaranıb

Avropa ölkələrinin liderləri Rusiyaya qarşı 19-cu sanksiya paketinin tətbiqini “onları sərtləşdirməyi düşünmək” üçün təxirə salıblar. Bu qərar ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı liderləri ilə keçirdiyi növbəti telefon danışıqlarının nəticəsi olub.

“The Wall Street Journal” bildirir ki, söhbət zamanı avropalılar Trampa təzyiq göstərərək Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi tələb ediblər, ABŞ prezidenti isə cavab olaraq onları Rusiya nefti alışını dayandırmağa, Hindistan və Çindən idxala rüsumlar tətbiq etməyə, həmçinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə çağırıb.

Nəşrin danışıqlarla tanış mənbələrinin fikrincə, Donald Tramp öz tələblərini irəli sürərkən “Aİ-nin onları yerinə yetirməyəcəyini bilirib”. Bu, ona “Rusiyaya daha böyük iqtisadi təzyiq göstərməkdən yayınmağa” imkan verəcək. Avropanın Trampın çağırışına cavab axtarışı isə “ABŞ-ın Ukraynaya birbaşa hərbi yardımı dayandırmasından sonra bu blokun Rusiya əleyhinə fəaliyyətləri koordinasiya etməkdə üzləşdiyi çətinlikləri nümayiş etdirir”.

Danışıqların yekununda Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, hazırlanmaqda olan yeni sanksiyalar “Rusiyanın bank sektoruna, eləcə də onun kriptovalyuta bazarına və enerji sektoruna əlavə zərbə vuracaq”. Avropa Komissiyası, həmçinin, Aİ-nin 2027-ci ilə qədər Rusiya nefti və qazının idxalını dayandırmaq planının həyata keçirilməsini sürətləndirməyə israr edəcək.

Избранный
7
banker.az

1Источники