Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın danışıqlar apardığı Suriyanın paytaxtı Dəməşqdə bu ölkənin keçid hökumətinin başçısı Əhməd Əl Şaraa ilə görüşüb.
Bakıvaxtı.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Bildirilib ki, Kalın görüş zamanı Suriyanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb.