RU

3 uşaqlı ailələr çoxuşaqlı sayılmalıdır Doğum sayının azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54898 doğulan körpə qeydə alınıb.Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb.Bəs doğumun azalmasının səbəbi nədir? Artıq insanlar uşaq dünyaya gətirmək istəmirlər?Bizim.Media məsələylə bağlı sosioloq Elçin Bayramlının fikirlərini öyrənib.O, bu azalmanın səbəbini 2 problemdə görür:  "Buna  80% sosial-iqtisadi 20% isə mənəvi-psixoloji səbəblər aiddir. Son dövrlərdə gənclərin evsizlik, işsizlik problemi, gəlir azlığı, nəticədə isə ailə quranların sayının azalması uşaqların sayının az olmasına səbəb olur. Gənclər ya  maddi səbəblərdən dolayı evlənə bilmir, evləndikdə isə 1-dən daha çox uşaq dünyaya gətirə bilmir".Elçin Bayramlı vurğulayıb ki, hazırki minimum əməkhaqqı ilə bir ailənin 1 uşağı saxlamaq imkanı var:"Buna görə də doğulanların sayı azalır. Bunun qarşısının alınması üçün bütün ölkələrdə hökumət sosial dəstək paketləri həyata keçirir. Yeni evlənənlərə güzəştli kreditlər, sosial ipotekalar, gənclərin işlə təmin olunması, müxtəlif yardımlar, uşaq pulu və s. kimi dəstəklər verilir. Bizdə bunların heç biri yoxdur"."Biz mənəvi dəyərlərimizi kənara atmışıq...”Ekspertin sözlərinə görə ikinci səbəb mənəvi deqradasiya ilə bağlıdır: “Son vaxtlar biz mənəvi dəyərlərimizi kənara atdıq. Müasirlik adı altında qeyri-insanı, qeyri- təbii dəyərləri qəbul etmişik. Nəticədə, imkanı olan gənclər də evlənmək istəmir. Həyatlarını ancaq öz gəzməklərinə, əyləncələrinə sərf edirlər. 5 uşağı yüksək səviyyədə saxlamağa imkanı olsa belə, 1 uşaq dünyaya gətirir. Çünki həyatını əyləncəsinə sərf etmək istəyir.Bu prosesin qarşısı alınmasa, əhali arasında daha da azalma olacaq. Bu  strateji təhlükədir. Ölkədə bir nömrəli problem budur. Çünki millətin məhvinə aparır. Buna görə də dövlət proqramı həyata keçirilməlidir"."3 uşaqlı ailələr çoxuşaqlı sayılmalıdır""Bizdə çoxuşaqlılıq meyarı 6 uşaq olaraq götürülüb. Bu isə nadir hallarda olur. İndi 3 uşaqlı ailə çoxuşaqlıdır. Dövlət bunu qəbul etməli, yardım göstərməlidir", - deyə Elçin Bayramlı qeyd edib.Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
2
bizim.media

3Источники