RU

Kürdəmirdə evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub

Fövqəladə Hallar Nazirliyinə Kürdəmir rayonunun Sığırlı kənd sakini Sərdarov Sərvan Sərdar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. FHN-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Избранный
21
17
sia.az

10Источники