RU

Yatmazdan əvvəl obsessiv fikirləri aradan qaldırmağın yolları

Obsesiv düşüncələr və yuxu öncəsi artan narahatlıq psixikanın stressə verdiyi tipik reaksiyalardan biridir və onların idarə olunması yuxu keyfiyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

E-saglam.az xəbər verir ki, bunu Klinik psixoloq Kristina Morozova bildirib. Onun sözlərinə görə, yuxudan əvvəl yaranan həddindən artıq narahatlıq çox vaxt daimi stress və çoxsaylı gündəlik yüklənmənin nəticəsi olur, bu dövrdə psixika ən həssas vəziyyətdədir və gün ərzində görməzlikdən gəlinən narahatedici düşüncələr şüuru ələ keçirərək yuxuya getməyə mane olur.

Mütəxəssis əlavə edib ki, azhərəkətli həyat tərzi, qeyri-bərabər qidalanma və zərərli vərdişlər də gərginliyi artırır.

Obsesiv düşüncələrin qarşısını almaq üçün Morozova “dekatastrofizasiya” texnikasından istifadə etməyi məsləhət görüb. Bu metod hadisələrin ən pis ssenarisini təsəvvür etməyə əsaslanır. İnsan bu zaman vəziyyətin nə qədər real ola biləcəyini və həmin halda onun öhdəsindən necə gələ biləcəyini düşünür. Psixoloqun sözlərinə görə, bu yanaşma narahatlığı azaldır və insana vəziyyət üzərində nəzarət hissi qaytarır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
23
e-saglam.az

1Источники