RU

Bu gün Yer kürəsinə nəhəng asteroid yaxınlaşacaq

Bu gün Bakı vaxtı ilə saat 11 radələrində "2025 FA22" adlı nəhəng asteroid Yer kürəsinə yaxınlaşacaq.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının yaydığı məlumatına görə, səma cisminin orta ölçüsü 166, uzunluğu isə 290 metrdir. Onun kütləsi Çelyabinsk meteoritinin kütləsindən, təxminən, min dəfə çoxdur. Mövcud trayektoriya saxlanılarsa, asteroid Yer və Ayın orbitindən yan keçəcək.

Ekspertlərin sözlərinə görə, bu, cari ildə planetdən 1 milyon kilometrdən az məsafədə keçən ən böyük kosmik cisimdir. Bu asteroid vaxtaşırı Yer kürəsinin yaxınlığından uçur. Sonuncu oxşar yaxınlaşma 17 sentyabr 1940-cı ildə baş verib. Növbəti dəfə isə 2173-cü ildə gözlənilir.

Ü.Qarayev
XQ

Избранный
20
3
xalqqazeti.az

5Источники