RU

Trampın arvadı tənqid atəşinə tutuldu Səbəb

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya kral ailəsi ilə görüşdə geyindiyi geyimə görə tənqid edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Page Six” saytı məlumat yayıb.

“Sentyabrın 17-də Donald Tramp və Melaniya Böyük Britaniyaya səfərləri şərəfinə təşkil edilən dövlət ziyafətində iştirak ediblər. Birinci xanım tədbirə sarı rəngli geyimlə qatılıb. Bəzi internet istifadəçiləri onun görünüşünü yersiz hesab ediblər.

Sosial şəbəkə platformalarında “Melaniya adətən qüsursuz geyinir, lakin bu paltar yanlış seçimdir”, “Melaniya gözəl qadındır, lakin dövlət şam yeməyi üçün açıq-saçıq paltar uyğun deyil”, “Rəng ona çox yaraşsa da, geyim pisdir” və sair kimi rəylər yazılıb”, – deyə qeyd olunub.

Xatırladaq ki, sentyabrın 17-də ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı ilə birlikdə Londona gəlib.

Sözügedən geyim

Leyla Əlisoy

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
globalinfo.az

1Источники