RU

“Olimpiya Günü idman hərəkatının qlobal miqyasda təbliğinə xidmət edir” - Çingiz Hüseynzadə

“Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsis edilən və hər il bütün dünyada qeyd olunan “Olimpiya Günü” tədbiri idman hərəkatının qlobal miqyasda təbliğinə xidmət edir”. SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Olimpiya Günü” adlı tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyət göstərən Milli Olimpiya Komitəsi ölkədə Olimpiya hərəkatının inkişafında mühüm rol oynayır: “Müstəqillik dövründə Azərbaycan idmançıları Olimpiya Oyunlarında 11-i qızıl olmaqla ümumilikdə 58 medal qazanmış və bununla da ölkənin idman tarixində əhəmiyyətli nailiyyətlər əldə etmişlər”.

Çingiz Hüseynzadə əlavə edib ki, hazırda Azərbaycan idmançıları qarşıdan gələn Olimpiya Oyunlarına və MDB idman yarışlarına intensiv şəkildə hazırlıq prosesini davam etdirirlər. Onun sözlərinə görə, tədbirin iyul ayında keçirilməsi ənənəvi olsa da, şagirdlərin təhsil prosesinə uyğunluq məqsədilə bu il “Olimpiya Günü” sentyabr ayında təşkil olunub.

Qeyd edək ki, hal-hazırda keçirilən tədbirin proqramında estafet və kəndir dartma yarışlarının təşkili nəzərdə tutulur.

Избранный
8
2
sia.az

3Источники