RU

Oktyabrda Gürcüstanda Tbilisi Maliyyə Sammiti keçiriləcək

Oktyabrın 22-23-də Gürcüstan ilk dəfə Tbilisi Maliyyə Sammitinə ev sahibliyi edəcək.

Herbiand,az Gürcüstan bürosu bu ölkənin Milli Bankına istinadən xəbər verir ki, tədbir Tbilisi İpək Yolu Forumu çərçivəsində təşkil olunur.

Sammit Milli Bank, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Sinqapur Qlobal Maliyyə və Texnologiya Şəbəkəsi (GFTN) tərəfindən birgə təşkil edilir.

İki gün davam edəcək sammitdə fintex və maliyyə sektorunun liderləri, iri şirkətlərin nümayəndələri və müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edəcək. Tədbirdə panel müzakirələri, tematik sessiyalar və ikitərəfli işgüzar görüşlər də nəzərdə tutulub.

Sammitin əsas mövzuları gələcək maliyyə texnologiyaları, regionun innovativ infrastrukturu və Orta Dəhlizin qlobal ticarət və rəqəmsal maliyyə üçün əsas mərkəz kimi inkişafı olacaq.

Qeyd olunur ki, Tbilisi Maliyyə Sammiti GFTN şəbəkəsinin bir hissəsi kimi Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas halqasına çevrilməsi məqsədinə xidmət edəcək.

Избранный
14
herbiand.az

1Источники