RU

Nihat Kahveci: “İnsan “Qarabağ”a həsəd aparır"

Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Benfika” üzərindəki zəfərindən 3:2 hesablı qələbəsindən danışıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, o, “Kontraspor” verilişində Azərbaycan təmsilçisinə həsəd apardığını bildirib:

“Mourinyo baba deyirdi ki, “Benfika” möhtəşəm komandadır, cütün favoritidir, bizim məğlubiyyətimiz normaldır. Azərbaycanlı qardaşlarıma, futbolçulara, klub prezidentindən idarəçisinə qədər, bütün azarkeşlərinə salam deyirəm, təbrik edirəm. 2:0-dan geridönüş etdilər, 3:2 hesabı ilə qalib gəldilər. İzlədim. Vurduğları qollara, oyun epizodlarına baxdım. İnsan “Qarabağ”a həsəd aparır. Yeri gəlmişkən, Mourinyo indi özü “Benfika”ya baş məşqçilik edəcək”.

​​​​​​"Cebheinfo.az"

Избранный
23
7
cebheinfo.az

8Источники