RU

Dronlar Rusiyaya zərbələr endirib

Dronlar

Bu gün Ukrayna dronları Rusiyanın Volqoqrad şəhərinə hücum edib.

Reyting.az
xəbər verir ki, Ukrayna pilotsuz təyyarələrinin hədəfində“Lukoyl-Volqoqradneftepererabotka” neft emalı zavodu olub.

Rusiyanın “Teleqram” kanalları yazırlarlar ki, yerli sakinlər şəhərin cənub hissəsində 5-8 partlayış səsi eşidiblər.

Qubernator Andrey Boçarov daha sonra bölgədə böyük bir pilotsuz təyyarənin hücumunun dəf edildiyini bildirib.

Onun sözlərinə görə, Volqoqradın Krasnoarmeyski rayonuna PUA-nın dağıntıları düşməsi nəticəsində pəncərələr və iki fərdi evin dam örtüyü zədələnib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, onların hava hücumundan müdafiə vasitələri bir gecədə Rostov, Volqoqrad, Kursk, Belqorod vilayətləri və Krım üzərində Ukraynaya məxsus 43 sabit qanadlı pilotsuz təyyarəni ələ keçirərək məhv edib.

ELÇİN
Избранный
46
1
reyting.az

2Источники