“İşlər artıq yekunlaşmaq üzrədir”.
Bunu Offsideplus.az saytına açıqlamasında "Karvan-Yevlax" futbol klubunun meneceri Oqtay Əlizadə deyib.
O, Yevlax şəhər stadionunda aparılan təmir işləri ilə bağlı yenilikləri bölüşüb: “Çox güman, qarşıdan gələn yox, ondan sonrakı ev oyununa kimi stadion hazır olacaq. İndi təmir işləri son mərhələdədir. Ən geci bir ay müddətinə proses yekunlaşmalıdır.
Stadionla bağlı hüquqi məsələlər də öz həllini tapıb”.
Qeyd edək ki, bölgə təmsilçisi bu tur “İmişli”ni Şamaxıda qəbul edəcək. Matç sentyabrın 19-sa baş tutacaq.