UEFA Çempionlar Liqasının əsas mərhələsində I tura bu gün keçiriləcək 6 oyunla yekun vurulacaq.
Milli.Az xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən olan "Napoli" səfərdə "Mançester Siti"nin qonağı olacaq.
"Kopenhagen" evdə "Bayer"lə üz-üzə gələcək. "Ayntraxt" isə Türkiyə çempionu "Qalatasaray"ı qəbul edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
18 sentyabr
20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa);
20:45. "Kopenhagen" (Danimarka) - "Bayer 04" (Almaniya);
23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya);
23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə);
23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan);
23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya).
Milli.Az