RU

Putin Medvedevin tələbə yoldaşını Baş Prokuror təyin edir

Rusiya Prezidenti Vladimir Putin Baş prokuror vəzifəsinə Aleksandr Qutsanın namizədliyini irəli sürüb.

AzPost bildirir ki, bu barədə senator Andrey Klişas məlumat verib.

Rusiyanın hazırkı Baş prokuroru İqor Krasnov Ali Məhkəmənin sədrliyinə namizəd olub. Bu gün Federasiya Şurasına Krasnovun Rusiya Federasiyası Ali Məhkəməsinin sədri təyin edilməsi ilə bağlı Rusiya Prezidentinin təklifi daxil olub.

65 yaşlı Qutsa 2005-2007-ci illərdə Federal Məhkəmə İcraçıları Xidmətinin rəis müavini, 2007-2018-ci illərdə isə Baş prokurorun müavini vəzifələrində çalışıb.

Aleksandr Qutsan Putinin Şimal-Qərb Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsidir. 2007-2018-ci illərdə Baş prokurorun müavini vəzifəsində çalışıb. Qutsan Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin Leninqrad Dövlət Universitetində tələbə yoldaşı olub.

AzPost.az

Избранный
45
4
azpost.info

5Источники