RU

Tofiq Bəhramov un ot örtüyü ilə bağlı durum nə yerdədir? Qarabağ dan açıqlama

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bir müddətdir ot örtüyü bərbad vəziyyətə düşən Tofiq Bəhramov adına Respublika stadionu "Kopenhagen"lə oyuna qədər hazıq vəziyyətə gətiriləcək.

Bunu Fanat.Az-a açıqlamasında "Qarabağ"ın mətbuat sözçüsü Anar Hacıyev bildirib.

Klub rəsmisi "Ferentsvaroş"la Çempionlar Liqasının pley-off oyununda, o cümlədən Azərbaycan millisinin Ukrayna ilə matçında qazonu olduqca pis görünən arenada işlərin görüldüyünü deyib: 

"Stadiona biz nəzarət edirik. Ot mütəxəssislərimiz hazırda məsələ ilə bağlı hələ oyundan dərhal sonra fəaliyyətə başlayıblar. Qazonun ideal vəziyyətə gətirilməsi üçün işlər görülür. Proqnozlar odur ki, "Kopenhagen"lə oyunda ot örtüyü əla vəziyyətdə olacaq".

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsindəki növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
fanat.az

2Источники