BAKI, 18 sentyabr. TELEQRAF
“Rusiyadan alınan S-400 zenit-raket kompleksləri Türkiyə ordusunun xidmətində qalır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.
“S-400 hava hücumundan müdafiə sistemləri ordumuzda xidmətdədir. S-400-lə bağlı mövqeyimiz dəyişməyib”, - sözçü S-400-lərin Rusiyaya qaytarılacağı ilə bağlı KİV-in iddiasını şərh edərkən qeyd edib.