RU

Türkiyənin Kocaeli vilayətində quru yük gəmisi saya oturdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Kocaeli vilayətində Tanzaniya bayraqlı, 81 metr uzunluğunda quru yük gəmisi əlverişsiz hava şəraiti səbəbindən Kefken sahillərində saya oturub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "TRT Haber" nəşri məlumat verib.
Hadisə yerinə Sahil Təhlükəsizliyi Baş İdarəsi, Sahil Mühafizəsi Komandanlığı, Regional Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD), jandarma və yanğınsöndürən qrupları cəlb edilib.
Göyərtəsində yeddi nəfər ekipaj üzvü olan gəminin xilas edilməsi üzrə işlər davam edir.
Избранный
39
oxu.az

1Источники