RU

İranda Araz dəhlizi üzrə yolun tikintisinə lazım olan vəsait açıqlanıb

Bakı. Trend:

Araz dəhlizi üzrə İranda magistral yolun tikintisinin başaçatdırılmasına 140 trilyon rial (təxminən 241 milyon dollar) vəsaitlazımdır.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalmanazirinin müavini Huşəng Bazvənd bu gün (18 sentyabr) İranınşimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Araz AzadTicarət Zonasında İran parlamentinin sivil komitəsinin iclasındadeyib.

Onun sözlrəinə görə, Araz dəhlizi üzrə sərhədboyu magistralyolun uzunluğu 107 kilometrdir. Onun 58 kilometri Naxçıvanlaparalel sərhəd, 47 kilometri isə Ermənistanla paralelsərhəddədir.

Bazvənd deyib ki, ümumilikdə magistral yolun tikintisində fizikiişlər təxminən 30% başa çatdırılıb.

Nazir müavini qeyd edib ki, bu yolun tikintisinin başaçatdırılması üçün İranın diqqət mərkəzində saxladığı layihələrdənbiridir.

Qeyd edək ki, İran Araz Dəhlizinə önəmli proyektlərdən biri kimiyanaşır. İranın qənaətincə, Azərbaycanın Şərqi Zəngəzur rayonunuNaxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və İran ərazisindənkeçən Araz Dəhlizi bölgədə iqtisadi inkişafa öz töhfəsiniverəcək.

Bununla əlaqədar Araz çayı üzərində Kəlalə-Ağbənd avtomobilkörpüsünün gələn ilin yanvar-fevral aylarında (21 yanvar-19 fevral2026) istifadəyə verilməsi nəzərdə tutulub.

Məqalədə:
Избранный
88
az.trend.az

1Источники