RU

Dispetçer yatdı, təyyarə havada 20 dəqiqə dövrə vurdu

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Korsika aeroportunda dispetçer iş vaxtı yuxuladığı üçün yaxınlaşan təyyarə havada 20 dəqiqə əlavə qalmağa məcbur olub.

Avtosfer.az xəbər verir ki, Fransada baş vermiş hadisə ciddi araşdırılır.

“Air Corsica” şirkətinə məxsus təyyarə aeroporta yaxınlaşarkən pilot qüllə ilə əlaqə saxlamağa çalışıb. Lakin onun bütün cəhdləri boşa çıxıb. Pilotun israrla kontakt yaratmaq istəməsi aeroportun fövqəladə rejimə keçməsinə səbəb olub. Yalnız bundan sonra dispetçer oyadılıb və təyyarə təhlükəsiz şəkildə enə bilib.

Alkotest zamanı dispetçerin sərxoş olmadığı üzə çıxıb. Faktla bağlı təhqiqat aparılır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
avtosfer.az

2Источники