Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin pasportundan Ağrı dağının təsvirinin niyə çıxarıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə bildirib.
Baş nazir deyib ki, bu addım “Ermənistanı düz yola salmaq” və dövlətçiliyi möhkəmləndirmək məqsədi daşıyır.
Paşinyanın sözlərinə görə, pasport möhürünün dəyişdirilməsi ilə bağlı layihə bir neçə ay əvvəl hazırlanıb və Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana səfəri ilə əlaqəsi yoxdur.
Baş nazir vurğulayıb ki, məsələ Ankara ilə müzakirə olunmayıb və olunması da mümkün deyil.
“Bu, bizim təşəbbüsümüzdür. Dövlətin davamlılığını təmin etmək üçün Ermənistan öz ərazi bütövlüyünü tanımalıdır. Biz istəyirik ki, Ermənistan Respublikası məsuliyyətli dövlət olsun və beynəlxalq qaydalara uyğun hərəkət etsin”, – Paşinyan deyib.
Musavat.com