RU

Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək? (RƏSMİ)

“JOY TOUR” və “JOY TRAVEL” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinə qarşı açılmış cinayət işi Xətai rayon Prokurorluğu tərəfindən araşdırılır.

MilliYol.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov bildirib.

O bildirib ki, sözügedən faktla bağlı cinayət işi başlanılıb.

"MMC rəhbərlərindən birinə həbs qətimkan tədbiri seçilib və o, təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub. Məsələdə digər iştirakçıların adları da hallanır və onların məsuliyyətinə dair sübutların toplanması üçün müəyyən arqumentlər irəli sürülüb", deyə Mahir Abbasov bildirib.

Qeyd edək ki, özəl turizm agentliyi qismində fəaliyyət göstərən “JOY TOUR” və “JOY TRAVEL” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Bakı şəhəri Xətai Rayon Prokurorluğuna çoxsaylı müraciətlər daxil olub.

Qeyd olunub ki, həmin müraciətlər əsasında aparılmış araşdırmalarla müəssisənin təsisçisi İlyasov Rəşad İsgəndər oğlunun öz qulluq mövqeyindən qulluq mənafeyinin ziddinə istifadə edərək müxtəlif xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən 20-dən artıq şəxsdən aldatmaqla və etibardan sui-istifadə etməklə pul vəsaitlərini alaraq şəxsi ehtiyaclarına sərf edib dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Избранный
6
25
milliyol.az

10Источники