RU

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası keçirilir

Yazını böyüt
Yazını kiçilt

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşü başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, tədbirdən əvvəl Qırğızıstan Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev nümayəndə heyətlərinin başçılarını qarşılayıb. Daha sonra iştirakçılar birlikdə şəkil çəkdiriblər.

Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdullah Aripov, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev iştirak edirlər.

Избранный
29
16
hafta.az

10Источники