RU

Türkiyə MN Azərbaycanı təbrik etdi

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 20 Sentyabr - Suverenlik Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat verilib.

“Türkiyə Silahlı Qüvvələri beynəlxalq və ikitərəfli münasibətlər çərçivəsində öhdəsinə götürdüyü məsuliyyətlərlə regional və qlobal təhlükəsizlik və sabitliyə önəmli töhfələr verməyə davam edir.

Azərbaycan türkü qardaşlarımızın 20 Sentyabr - Suverenlik Gününü indidən qeyd edir, “bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər olmağa davam edəcəyimizi növbəti dəfə vurğulayırıq”,- Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk qeyd edib.


Избранный
110
9
news24.az

10Источники