RU

Formula 1 Azərbaycan Qran-Prisində 1500-ə yaxın marşal fəaliyyət göstərəcək – FOTO 

Sabah Bakıda start götürəcək Formula 1 Azərbaycan Qran-Prisində 1 500-ə yaxın marşal fəaliyyət göstərəcək.

Doğru.az xəbər verir ki, Bakı Şəhər Halqasından verilən məlumata görə, marşallar bu gün səhər saatlarından Atletlər kəndində yerləşən düşərgələrindən tras ərazisinə yola düşüblər. Onlar artıq postlarına yerləşərək yarış günlərində qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.

Marşallar müxtəlif funksional qruplara bölünüb: yanğın marşalları, bayraq marşalları, “track” marşalları və digər dəstək komandaları. Hər bir qrupun özünəməxsus vəzifəsi olsa da, hamısını birləşdirən əsas məqsəd azarkeşlər və pilotlar üçün təhlükəsiz yarış atmosferi yaratmaqdır.

Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olub, təlimatlar alıb və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiriblər. Bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.

Qeyd edək ki, Formula 1 marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük əsasında fəaliyyət göstərirlər. Onların əksəriyyəti motorsporta sevgi və həyəcanla bu prosesə qoşulur.

Formula 1 Azərbaycan Qran-Prisi 2025-ci il sentyabrın 19-dan 21-dək Bakı şəhərinin mərkəzi küçələrində keçiriləcək.

DOĞRU.AZ

image-17581886904228719156_1200x630 image-17581886902545322255_1200x630 image-17581886901569039608_1200x630

Избранный
18
15
dogru.az

10Источники