RU

FHN in Cənub Regional Mərkəzi mülki müdafiə kursları keçirib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən mərkəzin əhatə etdiyi ərazidə yerləşən ümumi təhsil məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları təşkil olunub.

Bu barədə AZƏRTAC-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bildirilib ki, kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.

Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
28
azertag.az

10Источники