ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.
Türkiyəyə verilən Rusiyanın S-400 zenit-raket kompleksləri Türkiyə ordusunun xidmətində qalır və onlarla bağlı mövqeyində heç bir dəyişiklik olmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.
"S-400 hava hücumundan müdafiə sistemləri ordumuzda xidmətdədir. S-400-lə bağlı mövqeyimiz dəyişməyib", - məlumatda bildirilib.
Bu, S-400-lərin Türkiyə tərəfindən geri qaytarıla və ya yenidən satıla biləcəyi ilə bağlı daha əvvəl mediada yayılan xəbərlərə departamentin cavabı olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.