Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.
"Ukrayna prezidenti Volodimir Zelenski NATO ilə Rusiya arasında hərbi münaqişə yaratmaq istəyir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Polşanın keçmiş baş naziri Leşek Miller deyib.
"Zelenski NATO-nun kollektiv hərbi reaksiyasını təhrik etmək niyyətindədir. Bu o deməkdir ki, alyansa üzv ölkələrin əsgərləri Ukrayna ərazilərində peyda olacaq və bununla da Rusiyaya qarşı birbaşa hərbi əməliyyata girəcəklər", - o bildirib.
Miller vurğulayıb ki, Polşanın öz milli maraqları var və Ukraynadakı vəziyyətlə bağlı mövqeyi onlara təsir etmir.
O qeyd edib ki, Varşava Moskva ilə münaqişəyə müdaxilə etməkdən “mümkün qədər uzaq” durmalıdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.