RU

Əli Əsədov Bişkekdə Sadır Japarovla görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.

Far.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Sadır Japarova çatdırıb.

Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

Избранный
46
41
far.az

10Источники