RU

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır Nikol

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistan hökumətinin bugünkü iclasından sonra Baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə jurnalist ondan soruşub: “Əgər delimitasiya və demarkasiya aparılmayıbsa, nə üçün Gorus-Qafan yolunun bir hissəsi şifahi qərarla Azərbaycana təhvil verilib?”.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu qərarı düzgün hesab etdiyini bildirib.

“Silahlı Qüvvələrimizi gətirdik və onları beynəlxalq səviyyədə tanınmış sərhədimiz boyunca yerləşdirdik. Bəli, bunu demarkasiya olmadan etdik və düzgün etdik”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, söhbət sözügedən yolun Azərbaycanın suveren ərazisindən keçən hissəsindən gedir. Yol 44 günlük müharibədən dərhal sonra Azərbaycanın nəzarətinə qaytarılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
6
axar.az

7Источники