RU

Azərbaycan və İsrail gömrük sahəsində əməkdaşlıq barədə müzakirə aparıb

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus ilə görüşüb.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, görüşdə iki ölkənin gömrük orqanları arasında mövcud qarşılıqlı əlaqələrin gələcək inkişafı, məlumat və təcrübə mübadiləsi, texnoloji avadanlıqların təminatı istiqamətində əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Избранный
29
7
apa.az

8Источники