RU

Estoniyada NATO təlimləri başlayır

Estoniyada NATO üzvü olan ölkələrin hərbçilərinin iştirak etdiyi “Pikne” (İldırım) təlimi başlayıb və iki həftə davam edəcək.

Busaat.az xəbər verir ki, bu barədə Estoniya Milli Yayım Şirkəti (ERR) Estoniya Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi iştirak edəcək. Əsas əməliyyatlar Baltikyanı respublikanın şimal, qərb və şərq hissələrində aparılacaq.

Yeganə

 

 

 

 

 

Tədbirlər çərçivəsində alyansın müttəfiqlərinin bölmələri qüvvələrin potensial münaqişə zonasına sürətlə yerləşdirilməsi və təhdidlərə birgə mübarizə mexanizmlərini məşq edəcək.

İdarədən bildirilib ki, təlimlər müdafiə xarakteri daşıyır.

Избранный
22
9
busaat.az

10Источники