RU

Trampın şərəfinə açılan 47 metrlik süfrə: Menyuda nələr olub?

ABŞ prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra Böyük Britaniyaya ikinci səfəri səmimi görüntülərlə yadda qalıb.

Publika.az xəbər verir ki, Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun qonağı olan Trampa dəyərli hədiyyələr təqdim edilib.

Ən diqqətçəkən məqamlardan biri isə Tramp ailəsi üçün Vindzor sarayında qurulan, uzunluğu 47 metrdən çox olan dəbdəbəli şam yeməyi masası olub.

Məlumata görə, sözügedən masanın hazırlanması üçün 1 həftə vaxt sərf olunub. Masaya 139 şam və 1452 bıçaq qoyulub. Əsas yemək kimi balqabaq dilimləri ilə bükülmüş, kəklikotu və oreqano aromalı sousla təqdim olunan Norfolk toyuq balotini verilib. Şam yeməyinə 160 qonaq qatılıb.

Избранный
19
3
publika.az

4Источники