RU

Suraxanıda stadionu zibilliyə çevrilməsinə icazəni kim verib? - AÇIQLAMA

Suraxanı rayonu Hövsan qəsəbəsində uşaqlar üçün nəzərdə tutulan futbol stadionu zibilliyə çevrilir. Stadiona zibil qutuları qoyulub. Bu, isə sakinləri narahat edir. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, əraziyə 100-yə yaxın zibil qutusunu Mənzil Kommunal Təsərrüfatının işçiləri tərəfindən qoyulub. 

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin ərazi özəlləşdirilib. Suraxanı Mənzil Kommunal Təsərrüfatından isə qeyd edilir ki, ərazini özəlləşdirən şəxsdən icazə alınandan sonra qutular ora yerləşdirilib. 

Избранный
38
2
day.az

3Источники