RU

Rəqsanədən xəbər var: Yaxın zamanda…

Müğənni Rəqsanə İsmayılovanın hüquqlarını müdafiə edən vəkili Hikmət Əliyev bir müddət əvvəl Globalinfo.az-a açıqlamasında yaxın günlərdə onun ev dustaqlığına buraxılması üçün yenidən məhkəməyə müraciət ediləcəyini bildirmişdi. Vəkil konkret tarix açıqlamasa da, təxminən bunun 10 gün ərzində baş tutacağını əlavə etmişdi.

Hazırda məsələ nə yerdədir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Hikmət Əliyev hələlik dəyişikliyin olmadığını bildirib.

“Hazırda heç bir irəliləyiş yoxdur, hələ ki, müraciət etməmişik. Amma yenidən məhkəməyə müraciət etməyi düşünürəm. Müəyyən mənada planlar var, yaxın zamanda müraciətimiz gözlənilir”.

Xatırladaq ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Избранный
10
1
konkret.az

2Источники