RU

Formula 1 :Dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq

Oxumeni.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Formula 1":Dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin marşalları fəaliyyətə başlayıb.

Dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq və onların təhlükəsizliyi üçün ən önəmli komanda olan marşallar artıq hazırdır.

Bu il 1500-ə yaxın marşal Azərbaycan Qran-prisində yarışın təhlükəsizliyini təmin edəcək. Onlar bu gün səhər saatlarından etibarən Atletlər kəndində yerləşən marşall düşərgələrindən tras ərazisinə yola düşüblər və artıq postlarına yerləşərək yarış günlərində qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.

Marşallar müxtəlif funksional qruplara bölünür: yanğın marşalları, bayraq marşalları, trek marşalları və digər dəstək komandaları. Hər bir qrupun özünəməxsus vəzifəsi var, amma hamısını birləşdirən əsas məqsəd – azarkeşlər və pilotlar üçün təhlükəsiz və problemsiz yarış atmosferi yaratmaqdır.

Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olublar, təlimatlar alıblar və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiriblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.

"Formula 1" marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti "Formula 1"ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.

Marşalların dəqiqliyi, intizamı və cəsarəti olmadan "Formula 1" mümkün olmazdı. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətdə mübarizə aparır, azarkeşlər isə trekin həyəcanını təhlükəsiz şəraitdə izləyə bilirlər.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19–21-də Bakının mərkəzi küçələrində keçiriləcək.

Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
17
oxumeni.az

10Источники