RU

Rusiyada geoloqların içində olduğu batmış nəqliyyat vasitəsinin gölün dibindən görüntüləri yayıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Zabaykalye diyarında içərisində doqquz geoloqun olduğu xüsusi təyinatlı çoxfunksiyalı nəqliyyat vasitəsinin ("vezdexod") batdığı göldən yeni görüntülər yayılıb.
Oxu.Az bu barədə REN TV-yə istinadla xəbər verir.
Bildirilir ki, hazırda xilasedicilər ağır texnikanın köməyi ilə batmış "vezdexod"u göldən çıxarmağa çalışırlar.
Artıq hadisə zamanı həlak olanların hamısının cəsədi tapılaraq sudan çıxarılıb. Onlardan üçü sentyabrın 17-də, digər ikisi isə 18-də sahilə gətirilib. Meyitlər tanınma üçün mərkəzi rayon xəstəxanasına göndərilib.
Xatırladaq ki, sentyabrın 15-də Kalar rayonunun Amudisa gölündə baş verən qəza nəticəsində doqquz geoloqdan yalnız dördü sağ qurtula bilmişdi. Prokurorluq hadisədən sonra işçi təhlükəsizliyi və yol hərəkəti qaydalarına riayət edilib-edilməməsini araşdırmaq üçün yoxlama başladıb.
Избранный
15
oxu.az

1Источники