RU

Putinin ən yaxın müttəfiqi onu tərk etdi KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Kreml administrasiyasının keçmiş rəhbər müavini, Vladimir Putinin yaxın müttəfiqlərindən biri olan Dmitri Kozak istefa verib.

KONKRET.az xəbər verir ki, Kozak uzun müddətdir Ukrayna müharibəsi ilə bağlı prezidentlə fikir ayrılığı yaşayırdı.

O, Kiyevlə sülh danışıqlarının tərəfdarı olub.

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildirirlər ki, Kozakın gedişi Moskvanın hərbi kampaniyanı davam etdirmək niyyətindən xəbər verir:

“Putinin Kozakı əsas müşavirlərindən kənarlaşdırması göstərir ki, Kremlin rəhbərliyi maksimalist hərbi tələblər ətrafında birləşib”.

Qeyd edək ki, Dmitri Kozak 2022-ci ilin fevralında Təhlükəsizlik Şurasının iclasında Ukraynanın tammiqyaslı işğalına açıq etiraz edən yeganə iştirakçı olub. O vaxta qədər Kremlin Ukrayna ilə bağlı siyasətinə nəzarəti də onun əlində idi. Daha sonra bu səlahiyyətlər Sergey Kiriyenkoya verilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
1
konkret.az

2Источники