RU

Binəqədidə sexin döşəməsi çöküb, ölən var - Yenilənib

Binəqədidə sexin döşəməsinin çökməsi nəticəsində baş verən ölüm faktı araşdırılır...

Poliqon xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

***

Bakının Binəqədi qəsəbəsi ərazisində yerləşən sexin taxta döşəməsi çöküb.

APA xəbər verir ki, hadisə sentyabrın 17-də baş verib.

Çökmə nəticəsində orada xadimə işləyən Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb.

Araşdırma aparılır.

Poliqon.info



Избранный
32
5
poliqon.info

6Источники