RU

® Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsində nadir rekonstruktiv əməliyyat icra olunub

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov 4 yaşlı pasiyent üzərində uğurlu əməliyyat aparıb. Əməliyyat zamanı uşağın cinsiyyət orqanına fleb üsulu ilə dəri köçürülməsi icra olunub.

Cərrah bildirib ki, bu tip əməliyyatlar yüksək dəqiqlik, təcrübə və xüsusi cərrahi texnika tələb edir. Əməliyyatın məqsədi uşağın gələcəkdə normal funksional inkişafının təmin olunması, estetik və tibbi baxımdan sağlam nəticələrin əldə edilməsidir.

Belə əməliyyatlar Mərkəzi Gömrük Hospitalında beynəlxalq standartlara uyğun, müasir texnologiyaların tətbiqi ilə həyata keçirilir və uşaqlarda rekonstruktiv cərrahiyyənin inkişafında mühüm addım hesab olunur.

Cərrah Vüsal Cəfərovun əməliyyatla bağlı fikirləri ilə linkdə tanış ola bilərsiniz.

Избранный
26
2
azertag.az

3Источники