RU

Qırğızıstan Prezidenti: Bu təşəbbüs Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək

BAKI, 18 sentyabr. TELEQRAF

“Türk Dövlətləri Təşkilatı yarandığı gündən çox böyük yol keçib və hazırda uğurla inkişaf edir”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə təşkilata üzv ölkələrin baş nazirləri və vitse-prezidentləri ilə görüşündə deyib.

“Əgər biz daha da irəliləyiş istəyiriksə, konkret və əməli addımlar atmalıyıq, bu, da nəzərəçarpacaq nəticələr verəcək. Siyasi iradə ilə dəstəklənən təşəbbüslər təşkilatımızın güclənməsi və nüfuzunun artırılması üçün əsas olacaq”, - o vurğulayıb.

S.Japarov əmin olduğunu bildirib ki, bir çox iqtisadi, infrastruktur, humanitar məsələlər hökumət başçıları səviyyəsində uğurla həll oluna bilər. Prezident xüsusilə türk ölkələri arasında ticari-iqtisadi əlaqələrin ardıcıl inkişaf etdiyini və iqtisadi inteqrasiyanın effektiv aləti kimi Türk İnvestisiya Fondunun fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini qeyd edib.

Избранный
33
teleqraf.com

1Источники