RU

Bu il xaricdən dərman və tibbi mallara 350 milyon manat xərcləmişik - DETALLAR

Bu ilin ilk 8 ayında Azərbaycana 349,8 milyon dollar həcmində 12 min 586 ton əczaçılıq məhsulları idxal edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon dollar və ya 0,6% azalıb, miqdar ifadəsilə isə 2 min 121 ton, başqa sözlə 14,4% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 351,8 milyon dollar dəyərində 14 min 707 ton əczaçılıq məhsulu idxal olunmuşdu.

Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının 1 kiloqramının orta idxal qiyməti 47 manat 20 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 40 manat 65 qəpik idi. Bu da illik müqayisə ilə 6 manat 55 qəpik və ya 16,1% bahalaşma deməkdir.

Bu il 8 ayında ümumi idxalın 2,32%-i əczaçılıq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,76% olub.


Избранный
6
1
fed.az

2Источники