RU

Tramp Putinlə bağlı planını dəyişə bilər: addım atıldı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Böyük Britaniya ABŞ Prezidenti Donald Trampı Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiyaya təzyiq etməyə inandırmaq fikrindədir. London bunun üçün “yumşaq güc”dən istifadə etmək qərarına gəlib”.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu həftəki dövlət səfərinin təmtəraqlı şəraitin məqsədi də budur. Onlar Rusiya Prezidenti Vladimir Putin haqda Trampda yaranan düşüncələri dağıtmaq istəyir. Bəzi avropalı rəsmilər ümid edirlər ki, belə “cazibədar hücum” Ağ Ev rəhbərinin fikrini dəyişə bilər. Onun nəhayət, ölkəsinin Avropa təhlükəsizliyinin təmin edilməsindəki rolu haqda düşünməsi mümkündür”, – deyə bildirilib.

Qeyd edək ki, sentyabrın 17-də ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı ilə birlikdə Londona gedib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники