RU

Türkoloq: TDT-nin aktiv fəaliyyət göstərməsini son dərəcə zəruri hala çevrilib

Faiq Ələkbərli: Daha geniş siyasi və hərbi təşkilatlanmaya da ehtiyac var

Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib olan türk dövlətlərinin birlik və əməkdaşlığı daha da önəm qazanır. Regional və beynəlxalq çağırışlar fonunda Türk Dövlətləri Təşkilatının güclənməsi, yalnız mədəni və iqtisadi deyil, həm də siyasi və hərbi sahələrdə fəaliyyətinin genişlənməsi strateji zərurətə çevrilib.
Bu baxımdan, sentyabrın 18-də Bişkekdə keçirilmiş TDT-yə üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü xüsusi əhəmiyyət daşıyır. Görüşdə iştirak edən Azərbaycanın Baş naziri Əli Əsədov çıxışında türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifah üçün mühüm rol oynadığını qeyd edib. Görüşün yekununda Birgə Bəyanat qəbul olunub ki, bu da təşkilatın gələcək hədəfləri istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər.

AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a Türk Dövlətləri Təşkilatının (TDT) aktiv fəaliyyət göstərməsinin son dərəcə zəruri hala çevrildiyini vurğulayıb: 

"Bu təşkilat bəzi hallarda kifayət qədər aktiv görünmür və fəaliyyəti bir qədər səngimiş təsir bağışlayır. TDT çərçivəsində istər dövlət başçıları, istərsə də baş nazirlər və ya vitse-prezidentlər səviyyəsində keçirilən görüşlər olduqca önəmlidir. Bu baxımdan Qırğızıstanda keçirilmiş ikinci dərəcəli görüşü də təqdirəlayiq hesab edirik".

Ekspert TDT-nin daha ciddi və təsirli işlər görməli olduğunu söyləyib: 
"Mədəni və iqtisadi sahədə müəyyən addımlar atılıb, ancaq bu kifayət etmir. Daha geniş siyasi və hərbi təşkilatlanmaya da ehtiyac var. Əgər biz təhlükəsizliyimizi təmin etmək istəyiriksə, daha qətiyyətli və vacib addımlar atılmalıyıq. Qırğızıstan görüşündə də bu məsələlər gündəmə gətirildi. Ümid edirik ki, bu məsələlər yalnız söz səviyyəsində qalmayacaq".
Избранный
49
sherg.az

1Источники