RU

Nizami rayonunda “Əsrin müqaviləsi”nin imzalanmasının 31 ci ildönümü və 20 sentyabr

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, “SOCAR Downstream Management” MMC-nin və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümü və 20 sentyabr - "Neftçilər Günü" ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “SOCAR Downstream Management” MMC-nin baş direktoru Emil Alxaslı, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, Zavodun Həmkarlar İttifaqının sədri İlham Quliyev və başqaları çıxış ediblər. Natiqlər 20 sentyabr - "Neftçilər Günü" ilə əlaqədar tədbir iştirakçılarının timsalında bütün neftçiləri təbrik ediblər.

Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında köklü dəyişikliklərin başlanğıcını qoyub. Azərbaycanı labüd fəlakətdən xilas edən Ümummilli Lider ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başlayıb. Azərbaycan iqtisadiyyatının özəyini təşkil edən neft sənayesinin inkişafı üçün yeni strategiyanın hazırlanması və bu məqsədlə dünyanın aparıcı neft şirkətləri ilə əlaqələrin qurulması həmin dövrün taleyüklü məsələlərindən ən əsası idi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Bu gün xalqımız həmin şanlı tarixin - “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümünü qeyd edir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş ölkəmizdə neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir.

‎“Əsrin müqaviləsi” müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətimizin iqtisadi-siyasi və hərbi gücünün artırılmasında, iqtisadiyyatın çoxşaxəli inkişafında, vətəndaşların sosial-rifah halının durmadan yaxşılaşdırılmasında müstəsna əhəmiyyət daşıyır.

Xüsusilə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə çox uğurla davam etdirilir. Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın müasir enerji mərkəzlərindən birinə çevrilib, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir.

Çıxışlardan sonra neft sənayesində uzunmüddətli səmərəli əmək fəaliyyətində fərqlənən bir qrup şəxsə Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqının fəxri fərmanları və mükafatları verilib, eləcə də bu il yubiley yaşında olan Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının neftçi veteran üzvləri fəxri fərmanlar və hədiyyələrlə təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
2
yeniazerbaycan.com

10Источники