Memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.
Kulis.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalalyıb.
Sərəncama əsasən, Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.