RU

Rusiyanın sərhəd gözətçi gəmisi Bakı limanına səfər edəcək

Rusiya Sərhəd Xidmətinin Rəsul Həmzətov gəmisi Bakı portuna yanaşacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, sentyabrın 23-25-də Rusiyanın sərhəd gözətçi gəmisi Bakı limanına səfər edəcək.

Zaxarova qeyd edib ki, proqrama iki ölkənin sərhəd xidmətləri arasında təmaslar daxildir.

Избранный
9
6
apa.az

7Источники